“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
8 May 17:18
1 785
“ABŞ-nin Kubaya qarşı hərbi əməliyyat keçirəcəyi barədə məlumatlar daha çox siyasi təzyiq və informasiya müharibəsi elementi kimi görünür. Hazırkı vəziyyətdə bunun real həyata keçmə ehtimalı yüksək deyil”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Polad Mehdiyev deyib.
P.Mehdiyev qeyd edib ki, çünki belə addım regionda ciddi gərginlik yarada, Latın Amerikası ölkələrinin reaksiyasına səbəb ola və ABŞ üçün əlavə siyasi risklər formalaşdıra bilər: “ABŞ daxilində də birbaşa hərbi əməliyyat qərarı ciddi siyasi və hüquqi mexanizmlər tələb edir. Xüsusilə seçki və daxili siyasi balanslar fonunda Vaşinqton daha çox iqtisadi təzyiq, sanksiya və diplomatik təsir mexanizmlərinə üstünlük verir. Ona görə yaxın dövrdə Kubaya qarşı genişmiqyaslı hərbi əməliyyat ssenarisi indiki mərhələdə real görünmür”.
Röya İsrafilova