“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
09:13
1 162
İranla aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Hörmüz boğazında gəmilərin tranzit təhlükəsizliyini təmin etməyə yönəlmiş “Azadlıq layihəsi” əməliyyatını bərpa edə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Əgər heç bir nəticə əldə olunmasa, biz “Azadlıq layihəsi”nə qayıda bilərik. Lakin bu proses layihəyə müsbət təsir göstərə bilər”, - Tramp deyib.
Ağ Ev rəhbəri həmçinin münaqişənin həlli ilə bağlı ABŞ-nin təqdim etdiyi təkliflərə İran tərəfindən tezliklə cavabın gözlədiyini də vurğulayıb.