Rusiya və Ukrayna prinsipial razılığa gəldi - Fidan Dünya

Rusiya və Ukrayna prinsipial razılığa gəldi - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçirilən görüşün nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb.

“Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”, - o bildirib.