

Aprel ayında Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Rusiya Federasiyasının 400-dən çox mülki şəxsi yaralanıb; 5-i uşaq olmaqla 59 nəfər həlak olub.
Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Belqorod, Kursk və Bryansk istiqamətlərində mərmilərin intensivliyində artım qeydə alınıb. "Luqansk və Donetsk Xalq Respublikaları", eləcə də Xerson vilayəti sistematik atəşə məruz qalıb.
Cavid