

Səudiyyə Ərəbistanı çempionatının final oyununda “Əl-Nəsr” komandası “Əl-Fateh”ə uduzub.
Xalqcebhesi.az xəbər verir ki, “Əl-Fateha” stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb.
Kristiano Ronaldo və Sadio Manenin qolları sayəsində önə keçən "Əl –Nəsr" çox keçməmiş hesabda geri düşüblər.
Ronaldo "Əl-Nəsr" üçün 100-cü, klub səviyyəsində isə 800-cü qolunu vurub.
O həmçinin 25 qolla Səudiyyə Ərəbistanının mövsümünü bombardir kimi başa vurub və "Pro Liqanın" Qızıl butsunu qazanıb.