

Nijni Novqorod, Saratov və Tambov hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və ya buraxmır.
Bu barədə Rosaviasiyanın mətbuat xidməti məlumat yayıb.
“Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün həmçinin aşağıdakı hava limanlarında onların qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib: Nijni Novqorod (Strigino; ICAO kodu: UWGG); Saratov (Qaqarin; UWSG); Tambov (Donskoye; UUOT),” məlumatda deyilir.
Cavid