Voronej vilayətində 20-dən çox PUA məhv edilib Dünya

Voronej vilayətində 20-dən çox PUA məhv edilib

Ötən gecə növbətçi hava hücumundan müdafiə qüvvələri Voronej vilayətində 20-dən çox PUA-nı məhv edib.

Bu barədə rayonun rəhbəri Aleksandr Qusev özünün Telegram kanalında məlumat verib:

"Bölgədə 4 bələdiyyə üzrə 20-dən çox PUA aşkar edilərək məhv edilib. İlkin məlumatlara görə, itki və dağıntı yoxdur. Bölgənin şərqində vurulan pilotsuz təyyarənin dağıntılarının düşdüyü yerdə meşə yanğını baş verib, lakin yanğın artıq söndürülüb".

Cavid