Ankara növbəti Rusiya-Ukrayna danışıqlarının da Türkiyədə keçirilməsini təklif edib Dünya

Ankara növbəti Rusiya-Ukrayna danışıqlarının da Türkiyədə keçirilməsini təklif edib

Ankara Moskvaya Rusiya ilə Ukrayna arasında növbəti danışıqların da Türkiyədə keçirilməsini təklif edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında çıxışı zamanı bildirib.

O, danışıqların atəşkəs və sülhlə nəticələnməsinin zəruri olduğunu qeyd edərək, Türkiyənin bu prosesə hər cür dəstək verəcəyini vurğulayıb.

Hakan Fidan onu da əlavə edib ki, Rusiya tərəfi hazırda İstanbulda danışırlarda əldə edilən ikinci razılığa əsasən qarşılıqlı şərtlərin göndərilməsi üzrə işləri davam etdirir.