10 İyun 2025 10:32
2 261
Livanın NNA xəbər agentliyində yer alan məlumata görə, İsrail ordusu Livanın cənubundakı Cenam bölgəsindəki Şeba qəsəbəsində ata və iki oğlunu hədəf alıb.
Hücum zamanı ata və bir oğul həlak olub, digər oğul isə yaralanıb.
Bildirək ki, 2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq İsrail müqaviləni tez-tez pozur. Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu, atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq 5 nöqtədə varlığını sürdürür. Havadan və qurudan hücumlarla sərhədə yaxın qəsəbələrdə böyük dağıntılara səbəb olan İsrail, atəşkəsdən aylar keçməsinə baxmayaraq Livanın cənubundakı avtomobilləri və bəzi nöqtələri PUA-larla hədəfə almağa davam edir.
30 May 12:05
2 471
29 May 14:34
2 079
29 May 11:35
1 883