Dövlət müəssisələrinin maliyyə göstəricilərinin monitorinqi üçün yeni qaydalar tətbiq ediləcək
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişib
Azərbaycan ilə Moldova məxfi məlumatı mübadilə və qarşılıqlı mühafizəsi edəcək
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Azərbaycanla Bəhreyn arasında diplomatik pasport sahibləri viza tələblərindən azad edilir
15 İyun 13:23
2 310
"İranda baş verən hadisələrin qlobal təhlükəsizliyə ciddi riskləri var. Ukrayna bu olayları diqqətlə izləyir".
Bunu APA-nın əməkdaşının sualına cavabında Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev keçirdiyi mətbuat konfransı zamanı bildirib.

O həmçinin İran tərəfinin Ukraynada müharibə başladıqdan ötən müddətdə Rusiyanı silah-sursat baxımından dəstəklədiyini diqqətə çatdırıb:
"Ukraynanın etibarlı tərəfdaşları var. Onlar bundan sonra da ölkəmizi dəstəkləməyə davam edəcəklər. İranda baş verən hadisələrə gəlincə, onların qlobal təhlükəsizlik baxımından riskləri var. Məhz bu səbəbdən ölkəmiz həmin olayları diqqətlə izləyir. Eyni zamanda onu da bildirmək istəyirəm ki, İran Rusiyanı dəstəkləyir və ona silah tədarük edir. Bu hal isə dünyada təhlükəsizliyə təsir göstərir".