18 İyun 2025 00:03
2 681
ABŞ Silahlı Qüvvələrinin hərbçiləri Suriyanın şimal-şərqində yerləşən daha iki hərbi bazanı tərk ediblər.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu addım bölgədə İŞİD terror qruplaşmasının fəallaşması fonunda kürd qüvvələri arasında narahatlıq yaradıb.
Söhbət Həsəkə vilayətində yerləşən Əl-Vazir və Tell Beydar bazalarından gedir.
Hazırda bu obyektlərin təhlükəsizliyini "Suriya Demokratik Qüvvələrinin" kiçik bölmələri təmin edir.
Reuters-in mənbələrinin bildirdiyinə görə, amerikalı hərbçilər bu obyektləri qısa müddət öncə tərk ediblər.
30 May 12:05
2 198
29 May 14:34
1 974
29 May 11:35
1 778