
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İran İnqilab Keşikçiləri Ordusu bəyan edib ki, ABŞ ölkənin nüvə obyektlərinə hücum edərək əslində müharibənin ön cəbhəsinə yerləşib və İran torpaqlarına hücum edənlər peşman olacaqları reaksiyalara hazır olmalıdırlar.
Xalqcebhesi.az xəbər verir ki, İran dövlət televiziyası, İnqilab Keşikçiləri Ordusunun ABŞ və İsrailin İranda yerləşən nüvə obyektlərinə hücumu ilə bağlı açıqlamasını yayımlayıb.
Açıqlamada ABŞ və İsrailin bu səhər İranın nüvə obyektlərinə tam koordinasiya şəraitində "qanunsuz hərbi hücum" həyata keçirdiyi bildirilib.
Bu hücumla, BMT Nizamnaməsinin, beynəlxalq hüququn, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) və ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı əsas prinsiplərin pozulduğu qeyd edilib və bu hücumun "açıq və misli görünməmiş bir cinayət" olduğu vurğulanıb.
İsrailin hücumlarının ilk anlarından etibarən ABŞ-ın geniş dəstəyinin olduğu qeyd edilən açıqlamada, "təcavüzkar cəbhənin acizliyini dəfələrlə sübut etdiyi və ağır reaksiyalardan yayınmaq qabiliyyətinə malik olmadığı" bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, "ABŞ dəfələrlə uğursuzluqlardan dərs çıxarmaq əvəzinə, birbaşa dinc obyektlərə hücum edərək özünü effektiv şəkildə müharibənin ön cəbhəsinə yerləşdirib".
İranın "qanuni müdafiə hüququ çərçivəsində təcavüzkar cəbhənin hesablamalarının fövqündə seçimlərə əl atacağı" ifadə edilib və "bu torpaqlara hücum edənlər peşman olacaqları reaksiyalara hazır olmalıdırlar" deyilib.
Açıqlamada əlavə olaraq, bu gün nüvə obyektlərinə hücumda iştirak edən təyyarələrin uçuş marşrutlarının müəyyən edildiyi, bölgədəki ABŞ bazalarının sayı, yerləşməsi və ölçülərinin isə "güc deyil, əksinə zəifliklərini ikiqat artırdığı" qeyd olunub.
Məryəm Quliyeva