

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
Böyük Britaniya, Fransa və Almaniyanın liderləri Yaxın Şərqdəki gərginliyin azaldılması üçün İranın danışıqlar masasına qayıtmasının vacib olduğu barədə ortaq mövqe sərgiləyiblər.
Bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmerin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə Haaqada keçirilən görüşündən sonra yayılmış rəsmi bəyanatda deyilir.
“Liderlər Yaxın Şərqdəki qeyri-sabit vəziyyəti müzakirə etdilər. Onlar hesab edirlər ki, indi diplomatiya vaxtıdır və İran danışıqlara qayıtmalıdır”, – bəyanatda qeyd olunub.
Görüş zamanı Starmer, Makron və Merts Ukrayna mövzusuna da toxunublar.
Onlar yeni sanksiyalar tətbiqinin mümkünlüyündən danışıblar.