

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
“Bu il Dövlət Proqramına müraciət sayı ötən illərlə müqayisədə kifayət qədər çoxdur”.
Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət proqramına hər il bakalavr, magistratura və doktorantura təhsil səviyyəsi olmaqla ümumilikdə 500 gəncin seçilməsi üçün şərait yaradılır. Sənədlərini uğurla təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunub.
"300-ə yaxın namizəd dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul sənədi əldə edib.
Müraciətlər sırasında ilk beşlikdə Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və İtaliya yer alır. 500 gəncin 25%-dən çox olmayan hissəsi bakalavr təhsili üzrə, 20 %-ə qədər doktorantura, yerdə qalan hissəsi magistratura təhsil səviyyəsinin payına düşür. Müraciətin çoxluğunu nəzərə alaraq kvota dəyərləndirilmə ilə qaliblər seçiləcək", - o deyib.