

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
ABŞ-ın hava zərbələri nəticəsində İranın nüvə obyektləri çox ciddi ziyan görüb.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi “Fox News” telekanalına müsahibəsində danışıb.
“Biz üç nüvə obyektində çox ciddi zədələnmə müşahidə edirik. Birinci olaraq zərbə Natanz obyektinə endirilib. Burada uranın zənginləşdirilməsi üçün istifadə olunan çox vacib sentrifuqaların yerləşdiyi zallardan biri ciddi şəkildə dağıdılıb. Hətta yeraltı hissəsi əvvəlcə dolayı yolla, sonra isə birbaşa olaraq zərbə alıb”, – deyə Qrossi vurğulayıb.
İsfahan şəhərində yerləşən obyekt barədə danışan baş direktor qeyd edib: “Bu kompleks bir neçə binanı əhatə edir və burada müxtəlif texnoloji işlər aparılır. Lakin həmin əraziyə də ciddi ziyan dəyib”.
Qrossi həmçinin əlavə edib ki, Fordo nüvə obyekti daha yaxşı möhkəmləndirilmişdi:
“Orada da bombalar vasitəsilə ciddi dağıntılar qeydə alınıb. Baxmayaraq ki, hələlik heç kim içəri daxil olmayıb və vəziyyəti birbaşa görməyib”.