Banklar əvvəlki kimi qazana bilmir - Xalis mənfəətdə azalma İqtisadiyyat

Banklar əvvəlki kimi qazana bilmir - Xalis mənfəətdə azalma

2025-ci ilin yanvar - may aylarında banklar 430.7 mln. manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 17,1% azdır.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Sektorun əməliyyat mənfəəti isə 3,3% azalaraq 708.2 mln. manat təşkil edib.

Cari ilin 5 ayında banklar tərəfindən həmçinin, 109 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Ötən ilin eyni dövründə bu rəqəm 107.4 mln. manat təşkil edib.