Lukaşenko Pezeşkiyanla telefon danışığı aparıb
30 Aprel 17:24
30 Aprel 17:24
Niderlandda hərbi poliqonda yanğın baş verib, 1500-dən çox qaçqın təxliyə olunub
İstanbul Azərbaycan Qəzetçiləri Dərnəyinin Azərbaycan nümayəndəliyi yaradıldı
KİV: Pentaqon Almaniyadakı qoşunların azaldılması ilə bağlı Trampa hələlik plan təqdim etməyib
Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs məhkəmə prosesi müddətində həbsdə qalacaq
25 İyun 2025 11:49
2 191
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.
İyunun 27-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək.
İyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-si gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
30 Aprel 21:53
1 204
30 Aprel 19:47
1 029
30 Aprel 19:46
1 176