Zəngilanda dağlq ərazidə köməksiz qalmış cüyür balasını əsgərlər xilas edib - VİDEO
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
Azərbaycanda adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı təsdiq edilib
24 İyun 2025 16:11
2 912
Rusiya Elmlər Akademiyası: 25 və 26 iyun tarixlərində Yerə maqnit qasırğaları təsir edəcək.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından verilən açıqlamaya görə, çərşənbə və cümə axşamı — 25 və 26 iyun tarixlərində Yer kürəsində geomaqnit vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşəcək və maqnit qasırğaları baş verəcək.
Alimlərin sözlərinə görə, bu pozuntulara səbəb Günəşdə yaranmış böyük koronal dəlikdir. Bu dəlikdən çıxan enerjili hissəciklər artıq Yerə təsir etməyə başlayıb.
Açıqlamada bildirilir:
“Aparılmış ilkin modelləşdirməyə əsasən, Günəş küləyinin sürətində artım orta səviyyədə olacaq və saniyədə 600 kilometr həddini keçməyəcək. Bu da Yerətrafı kosmik mühitdəki normal plazma sürətindən təxminən 50 faiz yüksəkdir.”
Mütəxəssislərin proqnozlarına görə, Günəş küləyinin sürəti 25 iyun gecəsindən etibarən artmağa başlayacaq və geomaqnit pozuntularının zirvə nöqtəsi günorta saatlarına təsadüf edəcək. Gözlənilən maqnit qasırğalarının gücü orta səviyyəli G2 kateqoriyasında qiymətləndirilir. Bununla belə, bəzi ssenarilərə əsasən, Yer maqnitosferində nəzərəçarpacaq pozuntu baş verməyə də bilər.
Məryəm Quliyeva