Siyarto: NATO sammitinin yekun sənədi Rusiya ilə qarşıdurma niyyəti daşımır Dünya

Siyarto: NATO sammitinin yekun sənədi Rusiya ilə qarşıdurma niyyəti daşımır

Haaqada keçirilən NATO sammitinin yekun sənədi Rusiyaya qarşı keçən il Vaşinqtonda qəbul olunmuş bəyanat qədər qarşıdurma xarakteri daşımayacaq.

Bu barədə Niderlandda Baş nazir Viktor Orbanla birgə sammitdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

“Sammitin yekun sənədinə gəldikdə isə, mən bunu müsbət hal kimi qiymətləndirirəm ki, bu sənəd keçən il Vaşinqtonda qəbul olunan yekun bəyanatdan tamamilə fərqlidir”, – deyə Siyarto Haaqada macar jurnalistlərlə görüşündə bildirib.