

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib.
"Müharibə başlayandan indiyədək İsrail ərazisinə 550-yə yaxın raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailin Vergi İdarəsi dəymiş ziyanla bağlı 38 700 müraciət alıb. 15 500-dən çox insan evini itirib", - Gendelman qeyd edib.
Həmçinin münaqişə zamanı İsrailin hava məkanı bağlanıb, 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib.