Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb Dünya

Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb

Son 10 il ərzində NATO-nun hərbi xərcləri 1 trilyon dollar artıb və yaxın illərdə bu rəqəm “daha bir neçə trilyon” dollar səviyyəsində yüksələcək.

APA xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Niderland kralının sammit iştirakçıları üçün təşkil etdiyi rəsmi qəbulda çıxışı zamanı bildirib.

“Hərbi xərclər son 10 ildə 1 trilyon dollar artıb və bu, Prezident Trampın sayəsində baş verib. O, bizi irəliyə aparmağa vadar etdi. İndi isə bu xərclər daha bir neçə trilyon dollar artacaq”, – Rutte qeyd edib.