

İsrail ordusunun Qəzzada humanitar yardım paylanması üçün istifadə olunan bir anbari bombalaması nəticəsində ən azı 10 fələstinli həyatını itirib.
Xalqcebhesi.az Qəzzə şəhərindəki Əl-Əhli Baptist Xəstəxanasına istinadən xəbər verir ki, , İsrail ordusu şəhərin Sabra məhəlləsində yerləşən anbarı hədəf alıb.
Yardım təşkilatlarının humanitar yardım paylamaq üçün istifadə etdiyi bu anbarda baş verən hücumda 10 nəfər həlak olub.
Qəzzəyə tətbiq etdiyi blokadanı daha da sərtləşdirən və humanitar yardımın bölgəyə daxil olmasına maneə yaradan İsrail, bölgədə tez-tez dinc sakinləri və mülki infrastrukturu hədəfə alır.
Məryəm Quliyeva