

Rusiyada azərbaycanlılara qarşı zorakılıq xəbərləri məni dərindən narahat edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko sosial media hesabında bildirib.
“Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatam. Mənim fikirlərim qurbanlar və onların ailələri ilədir”, - diplomat qeyd edib.
Qeyd edək ki, iyunun 28-də Yekaterinburqda Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatda Rusiya vətəndaşı olan 9 azərbaycanlı saxlanılıb, 2 qardaş öldürülüb.