Kreml: Rusiya-Ukrayna danışıqlarının tarixi tezliklə bəlli olacaq Dünya

Kreml: Rusiya-Ukrayna danışıqlarının tarixi tezliklə bəlli olacaq

Rusiya ilə Ukrayna arasında keçiriləcək üçüncü tur danışıqların tarixinin yaxın zamanda dəqiqləşməsi gözlənilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında bildirib.

Peskov vurğulayıb ki, Kiyev münaqişənin dayandırılması üçün nə etmək lazım olduğunu çox yaxşı bilir və Prezident Vladimir Putin bu şərtləri hələ bir il əvvəl irəli sürüb.

Məryəm Quliyeva