

Azərbaycan səhiyyəsi üçün yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir.
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin hər buraxılışı ölkənin səhiyyə sisteminin inkişafında mühüm rol oynayır:
“Bu sahədə aparılan islahatlar müasir tələblərə cavab verən tibb işçilərinin hazırlanmasını və onların üzərinə düşən böyük məsuliyyəti bir daha önə çıxarır”.
Nazir qeyd edib ki, dövlət səhiyyənin inkişafını daim diqqət mərkəzində saxlayır:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunub, infrastruktur müasirləşdirilir, tibbi xidmətin keyfiyyəti yüksəldilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da tibb işçilərinə göstərilən diqqət və qayğı ilə bu sahənin inkişafına töhfə verir”.