20 Aprel 15:36
30 İyun 2025 16:37
2 779
Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11,4 % azdır.
5 ayda peyk telekommunikasiya xidmətlərini 40 ölkədən təxminən 100 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (1,9 milyon ABŞ dolları), Lüksemburq (1,5 milyon ABŞ dolları), Nigeriya (345,6 min ABŞ dolları), Türkiyə (300,6 min ABŞ dolları) və Misir (298,2 min ABŞ dolları) olub.
Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 78 %-dən 65 %-ə düşüb.
Təkcə mayda isə “Azərkosmos” 1,4 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 6,7 % azdır.
20 Aprel 17:44
1 078
20 Aprel 17:36
1 197
20 Aprel 17:32
1 379