Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL Cəmiyyət

Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL

Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini aşağı salır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, yeni qiymətlərə əsasən, qısaqol polo köynək 8 manat, uzunqol polo köynək 10 manat, şalvar 15 manat, jaket 20 manat, ətək isə15 manat təşkil edir.
"Standart 26-54 ölçüdən böyük 56, 58, 60 şalvar, ətək və polo köynəklər artıq parça sərfiyyatı səbəbindən qiymətə 5 azn əlavə olunur", - E. Əzimov əlavə edib.

Qeyd edək ki, ötən il qollu və qolsuz köynəklər 15 manat, şalvar və ətəyin qiyməti isə 20 manat, jaket isə 30 manat idi.

Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL