İtaliyada zəlzələ olub Dünya

İtaliyada zəlzələ olub

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) verdiyi açıqlamaya görə, bu gün yerli vaxtla saat 12:47-də episentri Bacoli qəsəbəsi olmaqla, İtaliyanın Neapol bölgəsi yaxınlığındakı zəlzələ riski yüksək olan Campi Flegrei-də 4,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ təxminən 5 kilometr dərinlikdə qeydə alınıb.

Mətbuatda yer alan xəbərə görə, qonşu əyalətlərdə də hiss edilən zəlzələdə indiyədək can və ya mal itkisi haqqında xəbər verilməsə də, yeraltı təkanların yerli xalqın narahatlığına səbəb olduğu qeyd edilib.

Bölgənin kiçik adalarından biri olan Pennatada baş verən zəlzələ nəticəsində yamacın çökdüyü deyilib. Bura adətən həftə sonları çoxlu ziyarətçi cəlb etdiyi və zəlzələ zamanı iş günü olduğundan çox adamın olmadığı bildirilib.

Campi Flegrei zəlzələ zonasında yerləşən Pozzuoli şəhərinin bələdiyyə başçısı Luici Manzoni Facebook hesabında "Bizim hiss etdiyimiz zəlzələ güclü idi, lakin hazırda dağıntılar barədə məlumat yoxdur" deyib. O, könüllülərlə birlikdə fövqəladə vəziyyət planlarını nəzərdən keçirdiklərini qeyd edib.

INGV vulkanologiya bölməsinin direktoru Francesca Bianco Rainews24-ə bildirib ki, bugünkü təkan 13 martda baş verən təkanla təxminən eyni bal gücündə olub və o, bunun son 40 ildə regionda qeydə alınan ən böyük zəlzələ oduğunu söyləyib.