Alimlər düyü xəmirindən robotlar hazırlayırlar Dünya

Alimlər düyü xəmirindən robotlar hazırlayırlar

Bristol Universitetinin alimləri, Vyetnam mətbəxində geniş istifadə olunan düyü yuxasından yumşaq robotların hazırlanmasının mümkün olduğunu açıqlayıb. Tədqiqatçılar bildirir ki, bu material həm silikon qədər elastik və davamlı, həm də toksik olmayan, bioloji parçalana bilən və yeyilə bilən ekoloji dost alternativdir.

Xalqcebhesi.az-ın məlumatına görə, araşdırmanın rəhbəri Christine Braganza deyib ki, bu kəşf sayəsində hər kəs ev şəraitində davamlı və əlçatan robotik təcrübələr apara bilər.

Alimlər düyü yuxasından hazırlanmış robotların kənd təsərrüfatı, meşə bərpası və hətta aşpazlıq sahələrində faydalı ola biləcəyini vurğulayır. İndi isə onlar bu materialdan öz-özünə hərəkət edə bilən robot yaratmaq üzərində işləyirlər.

Yumşaq robotika texnologiyaları son illərdə biotibb və kosmik tədqiqatlar kimi sahələrdə sürətlə inkişaf edir. Edinburq Universitetinin hazırladığı 3D çaplı yumşaq robot bunun bariz nümunəsidir.

Bu yeni araşdırma “Biyoloji olaraq Parçalanabilen Yumşaq Robotik Aktuatorların Davamlı İstehsalı” adlı məqalə ilə 2027 IEEE Beynəlxalq Yumşaq Robotika Konfransında təqdim olunub.

Məryəm Quliyeva