

30 İyun 15:44
30 İyun 14:17
30 İyun 13:11
İranla əlaqəsi olduğu iddia edilən hakerlər Ağ Evin aparat rəhbəri Syuzan Uayls və ABŞ prezidenti Donald Trampın vəkili Lindsi Halliqanın oğurlanmış elektron məktublarını yaymaqla hədələyiblər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“İranla əlaqəsi olan hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən oğurlanmış daha çox elektron məktubları yaymaqla hədələyiblər. Hakerlər bildiriblər ki, Ağ Ev aparatının rəhbəri Syuzan Uayls, Trampın vəkili Lindsi Halliqan, Trampın müşaviri Rocer Stoun və porno aktrisa Stormi Danielsin hesablarından təxminən 100 qiqabaytlıq elektron məktublar var”, -deyə məlumatda qeyd edilib.
Agentliyin məlumatına görə, hakerlər materialların satışının mümkünlüyünü bəyan ediblər, lakin onlar elektron məktubların məzmununu təsvir etməyiblər.
May ayında “Wall Street Journal” məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, Ağ Evdə növbəti məlumat sızması baş verib. Bu dəfə hakerlər Ağ Evin Aparat rəhbəri Syuzan Uaylsın şəxsi əlaqələrinə giriş əldə edib və onun adından Konqres üzvləri və korporativ rəhbərlərlə əlaqə saxlayıblar.
Mənbələrin dediyinə görə, İran agentləri keçən il onun e-poçtunu sındıraraq, o zaman Trampın namizədi olan vitse-prezident Ceyms Devid Vensin dosyesini əldə ediblər.