

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Fransanın cənubunda yerləşən Bouches-du-Rhone vilayətinin Pennes-Mirabeau şəhərində dünən baş verən və hələ də davam edən yanğında 750 hektardan çox meşə ərazisi külə dönüb.
Xalqcebhesi.az xəbər verir ki, Bouches-du-Rhone vilayət administrasiyasının yaydığı məlumata görə, Pennes-Mirabeau şəhərində başlayan yanğın sürətlə Marselin cənubuna doğru yayılır.
Yanğının söndürülməsi üçün bölgəyə 800-dən çox yanğınsöndürən, 250 yanğınsöndürmə maşını, 6 yanğın təyyarəsi və 7 helikopter cəlb edilib.
Yanğın nəticəsində indiyə qədər 750 hektardan çox meşə sahəsi külə dönüb, aralarında yanğınsöndürənlər, polis əməkdaşları və vətəndaşların da olduğu 94 nəfər yüngül xəsarət alıb, 26 nəfər xəstəxanaya yerləşdirilib.
Davam edən yanğın səbəbilə 10 ev tamamilə yanıb, 71 bina, 2 anbar və 15 avtomobilə ziyan dəyib.
Yanğın dünən Pennes-Mirabeau şəhərində bir avtomobilin yanması nəticəsində başlayıb və 400 nəfər sakin evlərindən təxliyə olunub.
Məryəm Quliyeva