
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
İsrail Qəzza zolağında münaqişənin həlli ilə bağlı təklifinə HƏMAS-ın cavabını aldıqdan sonra Dohadakı danışıqlar qrupunu məsləhətləşmələr üçün geri çağırır.
Xalqcebhesi.az RİA Novosti-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Həmasdan bu gün səhər saatlarında alınan cavabla əlaqədar olaraq, danışıqlar qrupunun əlavə məsləhətləşmələr üçün İsrailə qaytarılması barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Administrasiya Qətər və Misirin simasında vasitəçilərin, eləcə də ABŞ-ın region üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
İyulun 24-də Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı danışıqları davam etdirmək üçün vasitəçilərə son təkliflərinə cavab verdiyini təsdiqləyib. Cavabın məzmunu ilə bağlı ətraflı məlumat verilməyib.
İyulun 6-da Dohada Qəzza zolağında atəşkəs və anklavda saxlanılan israilli girovların azad edilməsinə dair razılığın əldə edilməsinə yönəlmiş danışıqlar prosesi bərpa edilib.
Məryəm Quliyeva