

31 İyul 17:49
31 İyul 17:07
31 İyul 16:37
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Salt Leyk Sitidən Hollandiyanın paytaxtı Amsterdama uçan DL56 reysi çərşənbə günü Minneapolis-Saint Paul Beynəlxalq Hava Limanına yönləndirilib.
ABŞ mərkəzli Delta Airbus A330-900 tipli təyyarənin turbulansa məruz qaldığı və təcili eniş etdiyi açıqlanıb.
Təyyarə Minneapolisə təhlükəsiz eniş etdikdən sonra hava limanının yanğınsöndürənləri və təcili tibbi yardım qrupları sərnişinlərə və heyətə kömək etmək üçün təyyarəyə göndərilib.
Deltanın açıqlamasında, "Gələn kimi tibb qrupları sərnişinlərə və kabin heyətinə kömək etdi. İyirmi beş nəfər müalicə üçün xəstəxanaya aparıldı" deyilir. Şirkət dəstəyə görə təcili yardım xidmətlərinə təşəkkür edib.
Delta hadisədən sonra sərnişinlərlə şəxsən maraqlandığını və onların ehtiyaclarını həll etmək üçün “Delta Baxım Qrupu” adlı xüsusi bir qrupun təyin edildiyini bildirib. Lakin təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin sayı ilə bağlı məlumat verilməyib.
Airbus-un rəsmi məlumatlarına görə, A330-900 tipli təyyarələr maksimum 465 sərnişin tutumuna malikdir.