ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə aparıcı analitikini işdən çıxarır Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə aparıcı analitikini işdən çıxarır

Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə ən nüfuzlu analitiklərindən biri Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı hesabatın hazırlanmasında iştirakına görə Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Britaniyanın həftəlik “The Economist” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qabbard 37 hazırkı və keçmiş ABŞ kəşfiyyat məmurunu təhlükəsizlik icazələrindən məhrum etdi. Onlar “kəşfiyyat məlumatlarından siyasi məqsədlər üçün istifadə edərək və manipulyasiya edərək, icazəsiz sızdırmaqla” və digər “aşkar kəşfiyyat pozuntularına” əl atmaqla ictimai etibardan sui-istifadə etdiklərini bildirib.

Qabbard iyulun 18-də hesabat yayaraq, Obama administrasiyasının, respublikaçı Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı kəşfiyyat məlumatlarını əsas etibarilə uydurduğunu müəyyən edib. Qabbard deyib ki, bu, Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün edilib.

Cavid