

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi, İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını vəfatının 25-ci ildönümü ilə bağlı ziyarət ediblər.
Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyulub.
ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin həyat yolu, Azərbaycan tarixindəki yeri və ideyaları ilə bağlı fikirlərini bölüşüb.
Əbülfəz Elçibəyin işıqlı xatirəsinin heç zaman yaddaşlardan silinməyəcəyini bildirən millət vəkili Qüdrət Həsənquliyev onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərindən söz açıb: “Əbülfəz Elçibəy fəaliyyətinin bütün dövrlərində, həm hakimiyyətdə, həm də müxalifətdə olduğu zaman xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutub, fədakarlıq nümayiş etdirib. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq, ruhu şad olsun".
Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.
Qayıdış dövründə Laçında nə kimi işlər görülüb? – Ekspertdən açıqlama