Ağ Ev: ABŞ hələ də Hindistan mallarına tarifləri artırmaq niyyətindədir Dünya 22 Avqust 2025 00:00 2 828 ABŞ hələ də Rusiya neftinin alınması ilə əlaqədar Hindistandan mal idxalına rüsumları 25 % artırmağı planlaşdırır. Bunu ABŞ prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Ağ Evdə jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib. "Düşünürəm ki, bu baş verəcək", - o bildirib.