Astarada motosiklet qəzası ölümlə nəticələndi Hadisə

Astarada motosiklet qəzası ölümlə nəticələndi

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın cənub bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Züngüləş kəndi ərazisində qeydə alınıb.

Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə İsti-Su yolunda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə motosiklet yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.