İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
22 Avqust 2025 08:35
2 093
Cənubi Amerika ölkəsi Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Çilinin Antarktika yarımadası sahillərindəki Dreyk keçidi olduğunu açıqlayıb. Təxminən 10,8 kilometr dərinlikdə baş verən zəlzələ Argentina və Çilinin bir çox şəhərində hiss olunub.
Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) zəlzələdən sonra sunami xəbərdarlığı elan edib. SHOA sahilyanı ərazilərin, qayalı sahillərin, bataqlıq ərazilərin, çayların mənsəblərinin, sahil xətlərinin, piyada keçidlərinin, marinaların, sahil yollarının, limanların boşaldılmasını əmr edib.