Nigeriyada daşqınlar: 7 nəfər ölüb Dünya

Nigeriyada daşqınlar: 7 nəfər ölüb

Nigeriyanın Yobe əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin öldüyü bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, Yobedəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) direktoru Mohammed Goje, ştatın güclü yağışlar nəticəsində daşqınlara məruz qaldığını söylədi.
Goje daşqınlar nəticəsində 7 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını bildirib.
Qoje təbii fəlakətdən 4500-dən çox evin zərər çəkdiyini, 12000-dən çox insanın məcburi köçkün olduğunu bildirib.
Qoje, əyalət hökumətinin məcburi köçkün ailələri üçün ərzaq, müvəqqəti sığınacaqlar, tibbi dəstək və ehtiyacların sürətli qiymətləndirilməsi daxil olmaqla fövqəladə tədbirləri aktivləşdirdiyini söylədi.
Bu arada Nigeriyanın Ətraf Mühit Nazirliyi xəbərdarlıq edib ki, avqustun 29-dək davam edəcəyi proqnozlaşdırılan güclü yağışlar ölkənin doqquz ştatında daşqın riskini artıra bilər. Nigeriya hökuməti bu il güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 220-dən çox insanın öldüyünü açıqlayıb.

Məryəm Quliyeva