

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Ukraynanın ən böyük enerji şirkəti olan DTEK-ə məxsus kömür mədəninə hücum edib. Bir işçi həlak olub, 146 işçi isə yerin altında qalıb.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Ukraynadakı kömür mədənini hədəfə alıb. Ukraynanın ən böyük enerji şirkəti olan DTEK-ə məxsus kömür mədəninə ilhaq edilmiş Donetsk şəhərindəki hücumda 1 işçi ölüb, 3 nəfər yaralanıb, 146 işçi yerin altında qalıb.
DTEK-dən verilən açıqlamada, "Hücum nəticəsində şirkətin binaları və avadanlıqları zədələnərək elektrik enerjisinin kəsilməsinə səbəb olub. Həmin vaxt 146 mədənçi yerin altında idi. Xilasetmə işləri davam edir". Ukrayna Azad Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mykhailo Volynets bildirib ki, bütün şaxtaçılar xilas edilib.
Məryəm Quliyeva