

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Almaniya müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq.
APA xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz deyib.
“Almaniya gələn ay keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Qərb müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq. Fələstin dövlətinin mümkün tanınması ilə bağlı federal hökumətin mövqeyi aydındır. Kanada bunu bilir. Biz bu təşəbbüsə qoşulmayacağıq. Tələblərin yerinə yetirildiyini görmürük”, - Kansler vurğulayıb.
Qeyd edək ki, Merz keçən ay Kanada, Fransa və Böyük Britaniyadan oxşar açıqlamalarından sonra Fələstin dövlətini tanımağı planlaşdırdığını bildirmişdi.