Kürdəmirdə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 1 nəfəryaralanıb Hadisə

Kürdəmirdə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 1 nəfəryaralanıb

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili "Chevrolet" markalı digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.

Hələlik şəxsiyyəti müəyyən edilməyən bir nəfər də müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.