Argentina Prezidentinə daşlarla hücum Dünya

Argentina Prezidentinə daşlarla hücum

Argentina Prezidenti Xavyer Milei sentyabrın 7-də keçiriləcək seçkilər ərəfəsində Buenos-Ayres əyalətində təbliğat-təşviqat kampaniyası apararkən daşlı hücuma məruz qalıb.

Paytaxt Buenos-Ayresin Lomas de Zamora rayonunda xalqa müraciət edən Milei üstüaçıq avtomobildə olarkən bir qrup etirazçı ona hücum edib.

Onun təhlükəsizlik xidməti tez bir zamanda Prezident Milei avtomobildən çıxararaq zirehli maşına yükləyib, təhlükəsiz yerə aparıb. O, xəsarət almayıb, lakin ətrafdakı bir nəfərin yüngül xəsarət aldığı, hadisə ilə bağlı 2 nəfərin saxlanıldığı bildirilib.

Hökumət hücumda Argentinanın keçmiş Prezidenti Cristina Fernandez de Kirchner-ə bağlı siyasi qrupları günahlandırıb. Hadisə zamanı onu Prezidentlikdə baş katib olan bacısı Karina Milei müşayiət edib.

Prezidentin sözçüsü Manuel Adorni rəsmi nümayəndə heyətindən heç kimin xəsarət almadığını və Peronist müxalifətin hücuma görə məsuliyyət daşıdığı vurğulayıb.