
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?
27 Avqust 23:45
27 Avqust 23:45
27 Avqust 23:33
27 Avqust 23:09
27 Avqust 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Laçın şəhərində keçirilən MDB Kino günləri çərçivəsində "Laçının sürgündən dönən Sultanı" sənədli filmi nümayiş etdirilib.
"Report" xəbər verir ki, Azərbaycan televiziyasının istehsalı olan sənədli film Böyük qayıdışın doğma yurd yerlərimizlə yanaşı, xalqımızın tarixi irsini də özünə qaytarmasından bəhs edir.
Filmdə xalq qəhrəmanı Sultan bəy Sultanovun bolşeviklər tərəfindən Qazaxıstana sürgün edilmiş ailə üzvlərinin azad Laçına qayıdışı, babalarının işğalçılar tərəfindən dağıdılmış evini ziyarət etməsi, oradan götürdükləri torpağı Türkiyənin Kars şəhərinin Köçköy kəndində Sultan bəyə məxsus olduğu deyilən məzara aparması barədə təsirli səhnələr yer alıb, nadir arxiv sənədləri nümayiş etdirilib.
Qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərb naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı olan Sultan bəy Sultanov XX əsrin əvvəlində Qarabağ və Şərqi Zəngəzurda bolşevik-daşnak dəstələrinə qarşı müqavimətin təşkili ilə adını tarixə yazıb.
Filmin qəhrəmanları bildirirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduqdan sonra tarixi şəxsiyyətlərinizin ruhları da rahatlıq tapıb.
Filmin müəllifi jurnalist Almaz Mahmuddur.