Trampdan Ağ Evdə Qəzza ilə bağlı görüş Dünya

Trampdan Ağ Evdə Qəzza ilə bağlı görüş

İsrailin fələstinlilərə qarşı törətdiyi qətliamlar və bunun nəticəsində regionda baş verən humanitar böhranla bağlı qlobal etirazların davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Qəzza zolağının gələcəyi ilə bağlı görüş keçirib.

Ağ Ev görüşün məzmunu ilə bağlı rəsmi açıqlama verməsə də, ABŞ mediası “Qəzzanın müharibədən sonrakı bərpası” və “regiondakı siyasi vəziyyət” də daxil olmaqla, çoxsaylı mövzuların müzakirə edildiyini bildirib. Həmçinin “Həmassız Qəzza” haqqında mümkün ssenarilərin müzakirə edildiyi qeyd edilib.