28 Avqust 2025 08:31
1 820
Kazan və Samara hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako Telegram kanalında bildirib.
Hava limanlarının reyslərə xidmət göstərməsi faktı Moskva vaxtı ilə saat 06:50-də məlum olub.
Məhdudiyyətlər dövründə Tatarıstan Respublikasının paytaxtına uçan iki təyyarə və Samaraya uçan beş təyyarə alternativ aerodromlara göndərilib. Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən tədbirin tətbiqi uçuşların təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə izah edilib.
Cavid
11:30
308
11:29
371
11:26
371