ABŞ-də Venesuela vətəndaşlarına verilən Müvəqqəti Qoruma Statusu ləğv ediləcək Dünya

ABŞ-də Venesuela vətəndaşlarına verilən Müvəqqəti Qoruma Statusu ləğv ediləcək

ABŞ Daxili Təhlükəsizlik Departamenti 2021-ci ildə Venesuela vətəndaşlarına verilən Müvəqqəti Qoruma Statusu ilə bağlı internet səhifəsində açıqlama verib.

Açıqlamada deyilir: “Venesuelanın qeyri-müntəzəm miqrasiyanın gücləndirilməsində önəmli rolunu və Müvəqqəti Qoruma Statusunun yaratdığı açıq maqnit effektini nəzərə alsaq, Venesuela vətəndaşları üçün bu Statusun saxlanması və ya genişləndirilməsi Tramp administrasiyasının cənub sərhədimizin təhlükəsizliyini təmin etmək və miqrasiyanı effektiv idarə etmək səylərinə birbaşa zərbə vurur”.

Açıqlamada Venesuela vətəndaşlarının ABŞ-də müvəqqəti qalmasına icazə verilməsinin milli maraqlara uyğun olmadığı və bu şəxslərin ölkədən ayrılmalarında ABŞ Gömrük və Sərhəd Mühafizəsi agentliyinin “CBP Home” proqramından istifadə edərək pulsuz təyyarə biletləri və 1000 ABŞ dolları dəyərində “çıxış avansı” əldə edə biləcəkləri bildirilib.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noemin bu qərarı ABŞ-nin digər qurumları ilə məsləhətləşdikdən sonra verdiyi və bunun milli maraqlara zidd olduğu səbəbiylə tətbiqə son qoyulması lazım olduğunu düşünərək aldığı qeyd olunub.