İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
11 Sentyabr 2025 20:24
2 121
İsveç Xarici İşlər Nazirliyi Rusiyanın krallıqdakı səfirini çağırıb.
"Report"un xəbərinə görə, bu barədə xarici siyasət idarəsinin press-relizində bildirilib.
"Bu gün, sentyabrın 11-də İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu, Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını pozmasına etiraz olaraq edilib", - məlumatda deyilir.
Xatırladaq ki, sentyabrın 10-da Polşa ordusunun operativ komandanlığı ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edildiyini açıqlamışdı. Baş nazir Donald Tuskun sözlərinə görə, gecə ərzində hava məkanı pozuntusu ilə bağlı 19 fakt qeydə alınıb. Onun sözlərinə görə, bütün PUA-lar Belarus ərazisindən uçurmuş. İnsident ilə əlaqədar NATO Polşanın tələbi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salıb.