Rutte: NATO Estoniyada döyüş təyyarələri ilə bağlı insidentdə təhlükə görməyib Dünya

Rutte: NATO Estoniyada döyüş təyyarələri ilə bağlı insidentdə təhlükə görməyib

Şimali Atlantika Alyansı Estoniyada döyüş təyyarələri ilə baş verən insidentdə “birbaşa təhlükə” görməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "Sky News" telekanalına müsahibəsində bildirib.

“Bu gün müzakirə etdiyimiz Estoniyanın hava məkanının pozulması ilə bağlı son insident zamanı NATO qüvvələri dərhal təhlükə aşkar olunmadığından, eskalasiya olmadan təyyarəni ələ keçirib və müşayiət ediblər”, - deyə baş katib bildirib.

Məryəm Quliyeva