

Tarixçi alimlər Nigar Camalova və Günay Heydərli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2025-ci il 2 sentyabr tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüblər.
“Tehsil365” xəbər verir ki, gənc alimlərin hər ikisinin elmi rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Yaqub Mahmudovdur.
Nigar Camalovanın və Günay Heydərlinin elmi işləri müvafiq olaraq “Ararat (Ermənistan) Respublikasının Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti” və “Roma papalarının Azərbaycan Səfəvi imperiyası ərazisində dini siyasəti (XVI-XVII əsrlər)” adlanır.
Qeyd edək ki, Yaqub Mahmudovun elmi rəhbərliyi ilə 79 nəfər fəlsəfə və elmlər doktoru yetişib.